Dünyaca məşhur “Cücələrim”in bəstəkarı Qəmbər Hüseynlinin Gəncədə abidəsi ucaldılıb
Gəncənin Filarmoniya bağında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin açılışı olub. YeniAvropa xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov, bəstəkarın oğlu Nəsimi Hüseynli, qohumları və şəhər ictimaiyyətinin nümayəndələri abidənin açılışında iştirak ediblər.Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev abidənin üzərindəki rəmzi açılışı bildirən örtüyü götürüb və önünə gül dəstəsi qoyub.
Elmar Vəliyev Fikrət Əmirovdan dərs alan Qəmbər Hüseynlinin incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb, eyni zamanda, Gəncədə əsaslı şəkildə təmir olunan mədəniyyət mərkəzlərindən söz açıb. İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinə, eləcə də mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
AMEA-nın Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev Gəncənin milli mədəniyyət, elm, incəsənət mərkəzi olduğunu deyib və bu şəhərin övladı olan neçə-neçə dahi şəxsiyyətin milli mədəniyyətimizə bəxş etdiyi töhfələri xatırladıb.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin dünyada layiqincə təmsil olunduğunu deyib.
Bəstəkarın oğlu Nəsimi Hüseynli dövlətimizin başçısının müvafiq sərəncamı ilə Qəmbər Hüseynlinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. O, atasının xatirəsinə ucaldılmış abidəyə görə ailəsi adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Abidənin müəllifi Asəf Həsənovdur.
Qeyd edək ki, Qəmbər Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində anadan olub. Musiqinin bir çox janrlarında dəyərli əsərlər yaradan və 250-dək mahnının müəllifi olan Qəmbər Hüseynliyə uşaqlar üçün yazdığı “Cücələrim” mahnısı dünya şöhrəti gətirib. O, 1961-ci ildə ağır xəstəlikdən vəfat edib.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb