logo

ANAMA vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb

10:30 26-10-2023 | icon 840
ANAMA vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 26-da Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.