Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq Xalq Mahnıları Festivalı keçiriləcək. Oktyabrın 8-dən 12-dək davam edəcək festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bu barədə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov məlumat verib. “Bu gün milli mənəvi dəyərlərin qorunub saxlanması, onların gələcək nəsillərə ötürülməsi, həmçinin bu dəyərlərin dünya mədəniyyət irsində təbliğ olunması istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlər əvəzsizdir. Məhz Azərbaycan xalq mahnılarından ibarət festival keçirməkdə məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəslə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim etməkdir”,-deyə Ramil Qasımov bildirib.
O bildirib ki, festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur. Xalq Mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların da səsləndirilməsi nəzərdə tutulur. Düşünürəm ki, xalq mahnıları layihəsi musiqimizə yeni töhfə olacaq.
Festivalın sonuncu günü əməkdar artist, vokalçı Ramil Qasımov xalq mahnılarının Simfonik Orkestr üçün işləmələrini ifa edəcək.
Qeyd edək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə keçiriləcək.
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır
Ceyranbatanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb
UEFA Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat alıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib
Bayden Zelenskini Ağ Evə dəvət edib
İlham Əliyev Serbiya-Bolqarıstan Qaz kəmərinin açılışında iştirak edib
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq
İlham Əliyev Serbiyaya işgüzar səfər edib
Şuşada indiyədək 16 abidə tam bərpa olunub
Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir
Sumqayıt-Bakı yolunda ağır avtoqəza:Ölən və yaralananlar var
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib