logo

Gəncədə küçəyə atılan körpələr uşaq evinə yerləşdiriləcək

12:32 25-10-2023 | icon 833
Gəncədə küçəyə atılan körpələr uşaq evinə yerləşdiriləcək

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb. Azyaşlı bacı və qardaşı himayəsində olduqları nənələri Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyaraq ərazini tərk edib.

YeniAvropa xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə iki uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.

Azyaşlı bacı və qardaşın küçəyə atılması məsələsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Bildirilib ki, Mələk Cəlilova Bakıda yerləşən körpələr evinə, Miryusif Cəlilov isə Gəncə uşaq evinə yerləşdiriləcək.