logo

Sabah Bakıda 23° isti olacaq

13:43 24-10-2023 | icon 889
Sabah Bakıda 23° isti olacaq

Azərbaycanda oktyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olaca