Vaqif Xaçatryan bu gün yenidən hakim qarşısına çıxarılacaq
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
YeniAvropa xəbər verir ki, cinayət işi Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Kazanda İƏT Gənc Sahibkarların X Beynəlxalq Forumu keçirilir
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Belarus sənədləri imzalanıb
Azərbaycanda əhalinin sayı 10 milyon 190 min nəfərə çatır
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib
Rusiya-Çin ticarət dövriyyəsi 240 milyard dollara yüksəlib
Sabah Bakıda arabir yağış yağacaq,17° isti olacaq
Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik-XİN
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
Qaradağ rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
Belarus prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda apreldə gündəlik neft hasilatı 596 min barel olub
“Rabitəbank”ın Müşahidə Şurasında yeni təyinatlar olub
Bu gün paytaxtın iki rayonunda və Sumqayıtda qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan nefti 83,94 dollara satılır
Paytaxt sakinləri Yardımlıda 15 kq narkotika ilə yaxalanıblar
Putin Çinə iki günlük səfərə gedib
Bakıda "Ag çiçəyim" gül mağazasında baş verən yanğın söndürülüb
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Komissiyanın 9-cu görüşü keçirilib