logo

Bakıda Rusiya Kinosu Həftəsinin açılışı olub

21:15 07-09-2018 | icon 6769
Bakıda Rusiya Kinosu Həftəsinin açılışı olub

 Sentyabrın 7-də Nizami Kino Mərkəzində Rusiya və Azərbaycanın Mədəniyyət nazirliklərinin, Rusiyanın “Kinofest” prodüser mərkəzinin və Nizami Kino Mərkəzinin dəstəyi ilə Rusiya Kinosu Həftəsinin açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, mərasimdə çıxış edən tanınmış kinorejissor, əməkdar mədəniyyət xadimi Ayaz Salayev Rusiya mədəniyyətinin daim bizə yaxın və anlaşılan olduğunu söyləyib.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Rusiya kinosu günlərinin Azərbaycanda dördüncü dəfədir keçirildiyini diqqətə çatdıran rusiyalı diplomat bu tədbirin gələcəkdə davam edəcəyinə ümidvar olduğunu deyib.

M.Boçarnikov Bakıya gətirilən 8 filmin rusiyalı kinematoqrafların ən son işləri olduğunu bildirib.

A.V.Lunaçarski adına Sevastopol teatrının aktrisası İrina Dimitkina zalda əyləşənlərlə birlikdə Sevastopol himnindən bir parça ifa edib.

Rusiya Kinosu Həftəsi rejissor Klim Şipenkonun “Salyut-7” filmi ilə açılıb.

Kino günlərinin proqramına, həmçinin “Kilimancaro” (rejissor Yekaterina Telegina), “Məşqçi” (rejissor Danila Kozlovski) filmləri daxil edilib.