logo

İrandan Azərbaycana 9 kq narkotika keçirmək istədilər

12:12 23-10-2023 | icon 924
İrandan Azərbaycana 9 kq narkotika keçirmək istədilər

Oktyabrın 22-də saat 00:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Ostayır kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 naməlum şəxsin dövlət sərhədindən külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatı üçün təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. Sərhəd naryadı sərhəd pozucularını zərərsizləşdirmək üçün əlbəyaxa döyüşə girib peşəkarlıq nümayiş etdirərək sərhəd pozucularını tərksilah etməyə nail olub.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1986-cı il təvəllüdlü Parsabad rayon sakini İbrahimzadə Canəli Səmiulla oğlu və 2003-cü il təvəllüdlü Gərmi rayon sakini Siyamək Fərzi Əzim oğlu olduğu müəyyənləşdirilib. Onların üzərilərinə baxış zamanı ümumi çəkisi 9 kiloqram 55 qram narkotik maddə (5 kiloqram 435 qram heroin, 3 kiloqram 620 qram metamfetamin), 1 gecəgörmə cihazı və “BERETTA” markalı tapança (10 patronu ilə birlikdə) aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.