“Azercell” “Rebuild Karabakh”a dəstəkdir
Oktyabrın 19-dan 21-dək “Azercell Telecom”un baş sponsorluğu ilə 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - “Rebuild Karabakh” sərgisi keçiriləcək. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.
Sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya bildirib ki, şirkət Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 125 baza stansiyası fəaliyyət göstərir: “Cənab prezident bir neçə gün öncə Xankəndidə Azərbaycan bayrağını yüksəltdi. Ondan öncə isə “Azercell” işğaldan azad edilmiş bir çox ərazilərdə olduğu kimi Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Sərsəng su anbarı ərazisində mobil şəbəkəsini işə saldı. Biz Böyük Qayıdış Proqramı çərçivəsində doğma torpaqlarına geri dönən vətəndaşlarımıza xidmət göstərməkdən qürur duyuruq. “Azercell” Şuşa şəhəri də daxil olmaqla, Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur. Şirkətin birinci rəsmi diler mağazası isə “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Həmçinin “Azercell” ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur”.
“Azercell” işğaldan azad olunmuş torpaqlarda yeni nəsil şəbəkənin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətdə işlərini davam etdirir.
Sərgi haqqında ətraflı məlumatı www.rebuildkarabakh.az rəsmi internet saytından əldə etmək mümkündür.
Azərbaycanın turizm potensialı Frankfurt sərgisində
Günəşdə son on il ərzində ən güclü partlayış olub
Şeyxülislam Lissabonda Qlobal Forumdaiştirak edir
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb
"Günaybank”dakı əmanətlərinin qaytarılması prosesi başa çatır
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq
Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb
8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib
Biləsuvarda ağır avtoqəza: 1 nəfər ölüb, 4 yaralı var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Sinqapur prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib
Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilir
Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin görüşü keçiriləcək
Bakıda “GSMA M360 Eurasia 2024” konfransı keçirilir
Çində sayca 6-cı Azərbaycan Ticarət Evi açılıb
Bakıda “Fintex Sammit 2024” işə başlayıb
Ölkədaxili nağdsız ödənişlərin həcmi 16 milyard manatı ötüb
Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi keçirilir
"Şahdağ"a və Gədəbəyə qar yağıb
Azərbaycan nefti 84,48 dollara satılır
Bu gündən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi göndərir