logo

Moldovanın Avropa İttifaqına üzvlük planı ictimai müzakirəyə çıxarılıb

09:49 30-09-2023 | icon 2597
Moldovanın Avropa İttifaqına üzvlük planı ictimai müzakirəyə çıxarılıb

Moldova hakimiyyəti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması planını ictimai müzakirəyə təqdim edib.

YeniAvropa xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Niku Popesku özünün Facebook səhifəsində yazıb.

O bildirib ki, hazırda milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunluğu qiymətləndirilir.

“Mən bütün maraqlı tərəfləri ictimai məsləhətləşmələrdə iştirak etməyə, rəy və təkliflərini bölüşməyə dəvət edirəm”, - deyə Popesku əlavə edib.