logo

Tələbələrin köçürülməsi ilə bağlı nəticələri açıqlanıb

18:35 05-09-2018 | icon 3836
Tələbələrin köçürülməsi ilə bağlı nəticələri açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdəki ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdəki orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, bu il bakalavriat üzrə 914, magistratura üzrə altı, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.

Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə, yaxud bir ixtisasdan digər ixtisasa köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.