DTX: Erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir
Sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “KamAZ” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsinin 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının ölümü ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
YeniAvropa xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov söyləyib.
O bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
T. Rəhimov əlavə edib ki, cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Sabah 132 mindən çox şagird üçün ilk zəng çalınacaq
Bu gün "Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibi müəyyənləşəcək
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək