AŞ PA-nın payız sessiyasının gündəliyi açıqlanıb
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası oktyabrın 9-dan 13-dək Strasburqda keçiriləcək.
YeniAvropa xəbər verir ki, Avropa Şurasının 46 üzv ölkəsinin parlamentarilərini bir ayara gətirən Assambleyada “Pegasus” casus proqramları və digər oxşar proqram təminatı, gizli dövlət nəzarəti, eləcə də Rusiyanın indiki prezidentinin seçilmə sayının (mandatının) məhdudlaşdırılmasının hüquqiliyi və qanuniliyini araşdıran hesabatlar müzakirə olunacaq.
Parlamentarilər, həmçinin Fransanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət etməsinə dair dövri hesabata da münasibət bildirəcəklər.
Assambleyanın payız sessiyası çərçivəsində Rumıniyanın xarici işlər naziri Luminita Odobesku plenar iclasda çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Eyni zamanda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə sual-cavab sessiyası keçirəcək. Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinin işi ilə bağlı hesabat və onunla bağlı sual-cavab sessiyası da nəzərdə tutulub.
Təşkilatdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müvafiq məruzəsi əsasında hazırlanmış “İfrat sağçı ideologiya: Avropada demokratiya və insan haqları üçün çağırış” adlı məruzə, eləcə də seçki kampaniyasında miqrasiya və sığınacaq, miqrantların hüquqları üçün nəticələr kimi mövzular da payız sessiyasının gündəliyində yer alıb.
Avropalı parlamentarilər COVID-19 ilə mübarizənin yetkinlik yaşına çatmayanların və gənclərin psixi sağlamlığına təsiri, uşaqlarda asılılıq yaradan davranışların qarşısının alınması ilə bağlı birgə müzakirələr də aparacaqlar.
Nəhayət əlil qadınlara qarşı zorakılıqla mübarizə yolları, Əfqanıstan və əfqan qaçqınları ilə bağlı humanitar böhran, münaqişələrin qarşısının alınmasında beynəlxalq institutlara etimadının bərpası və dünyada sülhün təşviqində Avropa Şurasının roluna dair debatlar da payız sessiyasının gündəliyinə daxil edilib.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq