Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Bu ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat, yəni 0,3 faiz artaraq 16 milyard 323,4 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 milyon kilovat-saat, SES-lərdə 1 107,4 milyon kilovat-saat, digər mənbələr üzrə isə 220,3 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 39,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 652,8 milyon kilovat-saat (İES-lərdə 13 622,3 milyon kilovat-saat, SES-lərdə 1 030,5 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 milyon kilovat-saat (İES-lərdə 168,2 milyon kilovat-saat, SES-lərdə 67,7 milyon kilovat-saat, Günəş ES-də 36,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 369,6 milyon kilovat-saat təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 milyon kilovat-saat, idxalı isə 157,6 milyon kilovat-saat olub.
Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 415,5 milyon kilovat-saat olub. İyul ayında elektrik enerjisinin idxalı 19,7 milyon kilovat-saat, ixrac isə 12,4 milyon kilovat-saat təşkil edib.
"COP29"la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib
Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb
I Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb
Hərbçilərimiz “EFES-2024” çoxmillətli təlimində iştirak edirlər
Təbrizdə İranın prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir
BMT baş katibi Azərbaycan-Ermənistan normallaşma prosesini yaxından izləyir
Milli Məclisdə 11 məsələ müzakirəyə çıxarılıb
Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir
İlham Əliyev İranın Bakıdakı səfirliyinə gələrək başsağlığı verib
Daha bir cüdoçusumuz dünya çempionatında mübarizəyə başlayır
İlham Əliyev Özbəkistanın sənaye və ticarət nazirini qəbul edib
Daha bir para-atletimiz dünya çempionu olub
Bakıda “Yaşıl Dünya Naminə” Bİtki Sağlamlığı Forumu keçirilir
İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək
Azərbaycan nefti 84,95 dollara satılır
30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu sabah başa çatır
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib