logo

Bakı-Sumqayıt qatarının hərəkət qrafikində dəyişiklik edilir

16:57 09-08-2023 | icon 1974
Bakı-Sumqayıt qatarının hərəkət qrafikində dəyişiklik edilir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edib.

YeniAvropa QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 14-dən Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysini ləğv edəcək. Məqsəd dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.

Belə ki, Bakıdan saat 13:30-da və Sumqayıtdan isə saat 14:30-da yola düşən qatar reysi ləğv edilir.