logo

Azərbaycan Dünya Bankı ilə  investisiya imkanlarını müzakirə edib

15:55 09-08-2023 | icon 1561
Azərbaycan Dünya Bankı ilə  investisiya imkanlarını müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında investisiyaların təşviqi barədə müzakirələr aparıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, müzakirələr Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşdə baş tutub. Tərəflər əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri müzakirə edib.