Artıq “Azercell” abunəçiləri internet olmadan belə SİMA-dan istifadə edə biləcəklər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – yeni nəsil rəqəmsal imza istifadəçilər üçün maksimum əlçatanlığın təmin edilməsi istiqamətində daha bir addım atıb.
MMC-dən YeniAvropa-ya bildirilib ki, artıq “Azercell” abunəçiləri SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər. Bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir. Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.
Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
"COP29"la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib
Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb
I Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb
Hərbçilərimiz “EFES-2024” çoxmillətli təlimində iştirak edirlər
Təbrizdə İranın prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir
BMT baş katibi Azərbaycan-Ermənistan normallaşma prosesini yaxından izləyir
Milli Məclisdə 11 məsələ müzakirəyə çıxarılıb
Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir
İlham Əliyev İranın Bakıdakı səfirliyinə gələrək başsağlığı verib
Daha bir cüdoçusumuz dünya çempionatında mübarizəyə başlayır
İlham Əliyev Özbəkistanın sənaye və ticarət nazirini qəbul edib
Daha bir para-atletimiz dünya çempionu olub
Bakıda “Yaşıl Dünya Naminə” Bİtki Sağlamlığı Forumu keçirilir
İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək
Azərbaycan nefti 84,95 dollara satılır
30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu sabah başa çatır
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib