logo

“Azərsu” istilərə görə suyun həcmini artırıb

09:49 09-08-2023 | icon 1463
“Azərsu” istilərə görə suyun həcmini artırıb

Son günlər ölkə ərazisində müşahidə olunan kəskin istilərlə əlaqədar içməli suya tələbat artıb. Artan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülməkdədir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən YeniAvropa-ya bildirilib ki, havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən suyun həcmi artırılıb. Eyni zamanda, anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilir. Hidrometeoroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.