logo

“Texnikabank”in daşınmaz əmlak açıq hərraca çıxarılır

14:59 26-07-2023 | icon 1568
“Texnikabank”in daşınmaz əmlak açıq hərraca çıxarılır

Avqustun 3-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Fonddan YeniAvropa-ya bildirilib ki, daşınmaz əmlak Quba rayonu, Zizik kəndində yerləşən 0,545098 hektar torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 7500 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27.