logo

Azərbaycanda daha hansı bank bağlanacaq?-AMB sədrindən açıqlama 

14:24 26-07-2023 | icon 1365
Azərbaycanda daha hansı bank bağlanacaq?-AMB sədrindən açıqlama 

Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur. Bizim əsas işimiz maliyyə sabitliyini təmin etməkdir. Əsas odur ki, maliyyə sektoru sabit inkişaf etsin, iqtisadi artıma dəstəyi təmin etsin, kreditorların hüquqları qorunsun. Hansı maliyyə institutu (bank) maliyyə sabitliyinə xələl gətirirsə AMB lazımi tədbirlər görür. İlk öncə onunla maarifləndirmə işləri aparırıq. Əgər səhmdarı problemi həll edə bilmirsə, lisenziya ləğv edilir. Maliyyə sektorumuz dayanıqlıdır və biz burada ciddi risklər görmürük", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Onlardan 2-si bu ilin I yarısını zərərlə başa vurub.

AMB sonuncu dəfə bu il mayın 16-da "Günay Bank" ASC-nin lisenziyasını ləğv edib