logo

Azərbaycanda iyunda gündəlik neft hasilatı 500 min barel olub

10:50 11-07-2023 | icon 1211
Azərbaycanda iyunda gündəlik neft hasilatı 500 min barel olub

Cari ilin iyun ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub. Bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.