logo

Azərbaycan Macarıstana da  qaz satacaq

15:15 10-07-2023 | icon 1400
Azərbaycan Macarıstana da  qaz satacaq

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşərək onunla Azərbaycandan Macarıstana təbii qaz tədarükünü müzakirə edib.

YeniAvropa xəbər verir ki, bu barədə Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat paylaşıb.

"P.Siyarto ilə "Həmrəylik Halqası", "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" üzrə fəaliyyətimizə, ilin sonuna qədər Azərbaycandan Macarıstana qaz tədarükünə dair səmərəli müzakirələr apardıq”, - deyə Pərviz Şahbazov paylaşımında qeyd edib.