logo

Azərbaycan Tacikistanda alüminium zavoduna sərmayə yatıracaq

12:22 10-07-2023 | icon 2016
Azərbaycan Tacikistanda alüminium zavoduna sərmayə yatıracaq

Azərbaycan Tacikistanda alüminium zavodunun yenidən qurulmasına sərmayə yatıracaq.

YeniAvropa xəbər verir ki, bu barədə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu barədə Bakıda keçirilmiş Azərbaycan-Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində razılıq əldə edilib.

Razılaşmaya əsasən, Azərbaycan “Tacikistan Alüminium Şirkəti” ASC-nin yenidən qurulması üçün kapitalın cəlb edilməsində iştirak edəcək, Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium flüorid, Azərbaycandan isə alüminium oksidi Tacikistana ixrac olunacaq.