“Şəfəq” GES layihəsi üzrə danışıqlar yekunlaşmaq üzrədir
Cəbrayılda 240 meqavat gücündəki “Şəfəq” günəş elektrik stansiyası (GES) layihəsi üzrə danışıqlar artıq yekunlaşmaq üzrədir.
YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "BP"nin Xəzər regionu üzrə kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, bütün mümkün hazırlıq prosesləri bitmək üzrədir: “Ümid edirik ki, son məqamlar olan texniki və kommersiya işləri də bitdikdən sonra yaxın zamanda bu layihənin yekun investisiya qərarını elan edə biləcəyik”.
B.Aslanbəyli, həmçinin bildirib ki, "BP" neft-qaz layihələri ilə bərabər bərpaolunan enerji istiqamətində də öz strategiyasında əsaslı dəyişikliklər edir: “Yeni strategiyamız bu iki ənənəvi - neft-qaz resursları və yeni bərpaolunan enerji resursları arasında seçim etmək deyil, hər iki istiqamətdə fəaliyyətimizi davam etdirməkdir. Bu istiqamətdə də işlərimiz paralel şəkildə həyata keçirilir. Azərbaycandakı fəaliyyətimiz isə bunun ən gözəl nümunəsidir”.
Xatırladaq ki, 2021-ci ilin iyunun 3-də Energetika Nazirliyi və "BP" arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
2022-ci il iyunun 4-də Energetika Nazirliyi və "BP" arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.
Belə ki, bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.
Xankəndiyə prokuror təyin edilib
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir
İranda milli matəm elan edilib
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz mübarizəyə başlayır
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
Azərbaycan XİN İrana başsağlığı verib
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb
Bakıda güləş üzrə Avropa çempionatı start götürür
İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Ağcabədidə polis əməliyyatı: 20 nəfər saxlanılıb
İranda helikopterin qəzasında azı 8 nəfər həlak olub
Qaradağ rayonunda "Jiquıi" ilə avtoxuliqanlıq edən şəxs həbs edilib
İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub