logo

Pərviz Şahbazov OPEC-in seminarında iştirak etmək üçün Vyanaya gedib

17:47 04-07-2023 | icon 1316
Pərviz Şahbazov OPEC-in seminarında iştirak etmək üçün Vyanaya gedib

Energetika naziri Pərviz Şahbazov Vyanada keçiriləcək 8-ci OPEC beynəlxalq seminarında iştirak etmək üçün bu gün Avstriyaya yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, iki gün dabam edəcək seminar “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusunda baş tutacaq.

Səfər çərçivəsində energetika nazirinin Avstriya paytaxtında bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.