logo

AZAL Pakistanın daha 2 şəhərinə uçuşlara başlayır

14:04 25-06-2023 | icon 2401
AZAL Pakistanın daha 2 şəhərinə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC(AZAL) Pakistanın Karaçi və  İslamabad şəhərlərinə uçuşların həyata keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın federal aviasiya naziri Xavaja Saad Rafiqlə keçirdiyi görüşdə bildirilib.

Qeyd edilib ki, bununla bağlı, Pakistan Federal Aviasiya ilə AZAL arasında kod-şerinq razılaşması əldə olunub.

Görüş zamanı iki ölkə arasında aviasiya reyslərinin artırılması müzakirə edilib.

Pakistanın federal aviasiya naziri deyib ki, iki ölkə arasında dərin dini, mədəni və qardaşlıq əlaqələri mövcuddur, qarşılıqlı uçuşların təşviqi iki ölkə arasında turizm və ticarəti inkişaf etdirəcək.

Xatırladaq ki, AZAL hazırda Pakistanın Lahor şəhərinə birbaşa uçuşlar təşkil edir. Aviareyslər hər həftənin çərşənbə və şənbə günləri saat 14:00-da həyata keçirilir. Məlumata görə, İslamabada uçuşlar iyul ayından başlanması planlaşdırılır.