logo

DİM ali məktəblərə qəbul olunan tələbələrə xəbərdarlıq etdi

11:12 27-08-2018 | icon 4116
DİM ali məktəblərə qəbul olunan tələbələrə xəbərdarlıq etdi

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı avqustun 28-də başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) YeniAvropa-ya verilən məlumatda qeyd edilib ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər avqustun 28-i saat 17.00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb edilən sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı sentyabrın 3-dək davam edəcək.