logo

Kənd təsərrüfatı naziri Türkiyəyə səfərə gedib

15:30 22-06-2023 | icon 2688
Kənd təsərrüfatı naziri Türkiyəyə səfərə gedib

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyəyə rəsmi səfərə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib.

O, qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.

Nazirlər kənd təsərrüfatı və su məsələləri ilə bağlı müzakirə aparıblar.

Danışıqların sonunda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Qeyd edək ki, M.Məmmədov bu il aprelin 14-də kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.