Samir Şərifov BVF-nin regional rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə yeni təyin olunan missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə cari ilin oktyabr ayında Mərakeşdə keçiriləcək BVF-nin və Dünya Bankının illik toplantılarından sonra baş tutacaq Fondun Azərbaycan üzrə IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri, o cümlədən bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillər üzrə mümkün istiqamətlər diqqət mərkəzində olub.
Görüş zamanı 2022-ci ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icra vəziyyəti, habelə 2023-cü il və ortamüddətli dövr üçün gözləntilər, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, sosial-iqtisadi sahədə yeni təşəbbüslər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artması, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar üzrə geniş fikir mübadiləsi aparılıb.
Samir Şərifov xanım Anna Bordona işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın dayanıqlı məskunlaşması üçün aparılan sürətli bərpa və yenidənqurma işləri barədə məlumat verib, böyük maliyyə resursları tələb edən Böyük Qayıdış proqramının ölkənin daxili maliyyə resursları hesabına həyata keçirildiyini vurğulayıb.
Görüşdə Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri Fond tərəfindən ölkəmizin əsas iqtisadi qurumlarının texniki dəstəyə olan ehtiyaclarının Fondun yeni fəaliyyətə başlamış Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi və ya birbaşa BVF-nin mərkəzi ofisi tərəfindən qarşılanmasına hər zaman hazır olduqlarını vurğulayıb, habelə Fondun Azərbaycanda ofisinin bağlanması ilə əlaqədar missiya səfərlərinin təşkilati məsələlərinə dair təkliflərini təqdim edib.
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir
İranda milli matəm elan edilib
Dünya çempionatı: Bu gün daha 4 cüdoçumuz mübarizəyə başlayır
İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
Azərbaycan para-atleti ilk dəfə dünya çempionu olub
Azərbaycan XİN İrana başsağlığı verib
Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb
Bakıda güləş üzrə Avropa çempionatı start götürür
İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
Ağcabədidə polis əməliyyatı: 20 nəfər saxlanılıb
İranda helikopterin qəzasında azı 8 nəfər həlak olub
Qaradağ rayonunda "Jiquıi" ilə avtoxuliqanlıq edən şəxs həbs edilib
İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
İran prezidentinin qəzaya uğramış helikopterinin yeri bəlli olub