logo

Azərbaycandan 5 ayda 9,3 milyard m3 qaz ixrac edilib

12:02 20-06-2023 | icon 1554
Azərbaycandan 5 ayda 9,3 milyard m3 qaz ixrac edilib

Yanvar-may aylarında ölkədən 9 milyard 362,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri 7 milyard 103 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 9 milyard 458 milyon kubmetr (5 milyard 994,7 milyon dollar dəyərində) təşkil edib.