logo

Xarici nömrəli maşınlar  sərnişin və yük daşıya biloməyəcək

13:53 16-06-2023 | icon 2121
Xarici nömrəli maşınlar  sərnişin və yük daşıya biloməyəcək

Xarici dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyatı vasitəsilə ölkədaxili sərnişin və yükdaşımalarının həyata keçirilməsi qadağan ediləcək.

YeniAvropa xəbər verir ki, bu məsələ parlamentin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Sənəddə beynəlxalq sərnişin və yükdaşımalarında taxoqrafdan istifadə qaydalarına görə, operatorların beynəlxalq daşımaları həyata keçirən avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etmələri tələb olunur.

Operatorlar və beynəlxalq daşımaları yerinə yetirən sürücülər tərəfindən müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə yol verilmir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.