logo

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 12,4 milyon ton neft daşınıb

12:52 14-06-2023 | icon 2240
Bakı–Tbilisi–Ceyhan kəməri ilə 12,4 milyon ton neft daşınıb

Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 16 milyon 261,3 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 76,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmərlə 12 milyon 434,6 min ton neft nəql olunub.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 84,3 faizini və ya 10 milyon 486,1 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 faizini və ya 1 milyon 948,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.