logo

Bakı-Ağstafa sürət qatarının hərəkət qrafiki dəyişdirilir

10:50 14-06-2023 | icon 3801
Bakı-Ağstafa sürət qatarının hərəkət qrafiki dəyişdirilir

İyulun 3-dən etibarən "Azərbaycan Dəmir Yolları”(ADY) QSC-yə məxsus sürətli “Ştadler” sərnişin qatarları Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni hərəkət qrafikinə uyğun olaraq hər gün saat 8:45-də Bakı Dəmir Yolu Vağzalından Ağstafaya yola düşəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  ADY-dən bildirilib.

Qeyd edilib ki, qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də (əvvəlki qrafik 17:10) Bakıya yola düşən qatar isə saat 23:15-də Bakı Dəmir Yolu Vağzalına çatacaq.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri Dəmir yolu vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.