Mərkəzi Bankın səlahiyyətləri artırılır
Mərkəzi Bankın səlahiyyətləri artırılır.
YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklərdə öz əksini tapıb. Qanun layihəsi Milli Məclisin iyunun 9-da keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qüvvədə olan qanuna əsasən, Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.
Dəyişikliklərə görə, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanı funksiyası rolunu oynayacaq. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən 6 (altı) üzv və 2 (iki) kənar üzv daxil olmaqla 9 (doqquz) üzvdən ibarət olacaq. Beləliklə, Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvlərinin sayı da 4-dən 6-ya altıya qaldırılır. Eyni zamanda korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə görə məhkum olanlar da İdarə Heyətinin üzvü ola bilməyəcəklər.
Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.
Qüvvədə olan qanuna görə, Mərkəzi Bankın sədri Mərkəzi Bankın İdarə Heyətini sədridir. Layihəyə əsasən isə Mərkəzi Bankın İdarə Heyətinin sədri deyil, konkret olaraq Mərkəzi Bankın sədri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin ediləcək. Beləliklə, Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri deyil, Mərkəzi Bankın sədrinin birinci müavini və digər müavinləri olacaq. Mərkəzi Bankın sədrinin birinci müavini və digər müavinləri Mərkəzi Bankın İdarə Heyəti üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin ediləcəklər.
İdarə Heyətinin iclası da məhz təyin edilmiş İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılacaq və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır. Layihəyə görə, bu tələbləri nəzərə alınmaqla İdarə Heyətinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə İdarə Heyətinin səlahiyyət müddəti bitmiş üzvləri yeni müddətə üzvlər təyin edilənədək, lakin 3 aydan çox olmayan müddətdə öz səlahiyyətlərinin icrasını davam etdirəcəklər.
Mərkəzi Bankın İdarə Heyətinin daimi əsaslarla işləyən üzvləri bu Qanuna uyğun olaraq Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərin icra orqanlarında vəzifə tuta bilməzlər.
Qüvvədə olan qanuna əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə mühüm iştirak payına malik ola bilməzlər. Layihəyə əsasən isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.
Layihəyə görə, artıq Mərkəzi Bankın İdarə Heyətinin sədri deyil, Mərkəzi Bankın sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş illik maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi nəzərdə tutulur. Büdcə layihəsinin müzakirəsi zamanı da Mərkəzi Bankın İdarə Heyətinin sədri deyil, məhz Mərkəzi Bankın sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verəcək.
Əgər qüvvədə olan qanuna görə, İdarə Heyətinin iclaslarına Mərkəzi Bankın İdarə Heyətinin sədri sədrlik edirsə, İdarə Heyətinin iclaslarını Mərkəzi Bankın İdarə Heyətinin sədri çağırırsa, İdarə Heyətinin katibini Mərkəzi Bankın İdarə Heyətinin sədri İdarə Heyətinin üzvü olmayan əməkdaşlar sırasından təyin edirsə, layihəyə əsasən, Mərkəzi Bankın sədri sədrlik edəcək, İdarə Heyətinin iclaslarını Mərkəzi Bankın sədri çağıracaq, İdarə Heyətinin katibini Mərkəzi Bankın sədri İdarə Heyətinin üzvü olmayan əməkdaşlar sırasından təyin edəcək.
Hazırda daxili audit bölməsi bilavasitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinə tabedir. Layihəyə görə, daxili audit bölməsi bilavasitə Mərkəzi Bankın sədrinə tabe olacaq.
Layihədə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin səlahiyyətləri Mərkəzi Bankın sədrinə şamil olunur.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq