logo

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb

16:12 08-06-2023 | icon 45605
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək danışıqların növbəti raundu təxirə salınıb.

YeniAvropa Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyun ayında Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.