logo

Siyəzəndə ağır yol qəzası: 6 nəfər ölüb, 1 nəfər yaralanıb

18:38 25-08-2018 | icon 3787
Siyəzəndə ağır yol qəzası: 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Avqustun 25-də Siyəzən rayonu ərazisində minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

YeniAvropa xəbər verir  ki,  “VAZ-2107” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla, 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.