logo

Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb

18:43 06-06-2023 | icon 1141
Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gəncə, Gədəbəy, Göygöl, Altıağac (Xızı), Qəbələ, Şamaxı, Qobustan, Oğuz, İsmayıllı, Balakən, Quba, Qusarda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, şimal-qərb küləyi əsib, arabir Neftçalada saniyədə 20, Salyanda 18, Bakıda və Abşeron yarımadasında 25-27 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-27°, Naxçıvanda 29-32°, dağlıq rayonlarda 13-19°, Aran rayonlarında 30-32° isti olub.

Respublikanın əksər çaylarında sabit axım müşahidə edilib. Lakin Kür çayının Qıraqkəsəmən məntəqəsində 3, Bərgüşadçayın Əliquluşağı məntəqəsində 4, Gəncəçayın Zurnabad məntəqəsində isə 9 santimetr artım qeydə alınıb.