logo

Pərviz Şahbazov “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək

10:10 04-06-2023 | icon 4606
Pərviz Şahbazov “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyada səfərdədir.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Pərviz Şahbazov iyunun 4-də Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.