logo

Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN

11:33 02-06-2023 | icon 1617
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN

Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülhə və sabitliyə heç də müsbət töhfə vermir.

 YeniAvropa xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan liderləri arasında Kişineuda keçirilən görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib.

Ayxan Hacızadə qeyd edib ki, Kişineuda “Avropa siyasi birliyi” sammiti çərçivəsində Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib.

"Daha sonra Fransa prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir", - deyə XİN-in mətbuat katibi vurğulayıb.