logo

Göyçayda ağır avtoqəza: 4 ölü

12:17 25-08-2018 | icon 4172
Göyçayda ağır avtoqəza: 4 ölü

Avqustun 24-də axşam saat 23 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Göyçay şəhər ərazisindən keçən 2-ci kilometrində 4 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa Göyçay rayon Polis Şöbəsinə istinadən bildirir ki, rayonun Cəyirli kənd sakini 1989-cu il təvəllüdlü Abdullayev Aqşin Arzu oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı 99-BU-098 dövlət nömrə nişanlı avtomobil ilə Çayarxı kənd sakini 1968-ci il təvəllüdlü Əhmədov Ənvər İlyas oğlunun idarə etdiyi “VAZ 2106” markalı 23-BD-123 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomaşının sürücüsü Ə.Əhmədov, sərnişinlər rayonun Çayarxı kənd sakinləri 1984-cü il təvəllüdlü Salmanov Ramin Azər oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Gülnar Nağı qızı, 2010-cu il təvəllüdlü Salmanov Azər Nağı oğlu aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Digər sərnişinlər - Çayarxı kənd sakinləri 1993-cu il təvəllüdlü Salmanova Aygün Ənvər qızı, 2010-cu il təvəllüdlü Salmanova Həcər Ramil qızı, 2015-ci il təvəllüdlü Salmanov Ülvi Ümid oğlu, 1963-cü il təvəllüdlü Salmanova Qənimət Usub qızı, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü A.Abdullayev, digər sərnişinlər Cəyirli kənd sakini 1986-cı il təvəllüdlü Hacıyev Ülvi Xalid oğlu, 1989-cu il təvəllüdlü Cahangirov Məzahir Qədir oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov bildirib ki, yararılardan 2-si ilkin tibbi müayinədən sonra evlərinə buraxılıb, 1-i kəllə-beyin travması, 1-i isə bud sümüyünün açıq sınığı ilə Bakı şəhərinə göndərilib, 3 nəfər isə həkim nəzarəti altındadır.