logo

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

16:26 01-06-2023 | icon 6699
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 831 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 516 nəfər müalicə olunaraq sağalıb, 10 min 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 59 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936, bu günə qədər isə ümumilikdə 7 milyon 623 min 270 test icra olunub.