logo

ANAMA Qarabağda işləmək istəyənlərə üçün sənəd qəbulunu elan edir

14:54 01-06-2023 | icon 1533
ANAMA Qarabağda işləmək istəyənlərə üçün sənəd qəbulunu elan edir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə mexanik (ali təhsilli olmalı), qaynaqçı, avtoelektrik, vulkanizator vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

ANAMA-dan YeniAvropa-ya bildirilib ki, çalışdığı müddətdə işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

Maraqlananlar müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu bu il iyunun 15-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.