logo

MEDİA qəzetlərə dəstək üçün müsabiqə elan edib

13:53 01-06-2023 | icon 1561
MEDİA qəzetlərə dəstək üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.

MEDİA-dan YeniAvropa-ya bildirilib ki, müsabiqədə Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə olunan sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

Qeyd edək ki, müsabiqə barədə daha ətraflı məlumatı Medianın İnkişafı Agentliyinin rəsmi internet saytından əldə etmək olar.