logo

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək

12:52 01-06-2023 | icon 1610
Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək

Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, saziş sənədini “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və "Damen Shipyards Gorinchem B.V." şirkətinin nümayəndəsi Vadim Akimov imzalayıblar.

Sənədə əsasən "Bakı Gəmiqayırma Zavodu"nda "Damen" şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxmasına kömək edəcək.