logo

İsmayıllıda avtomobildən 2 tona yaxın at əti aşkarlandı

17:47 30-05-2023 | icon 1085
İsmayıllıda avtomobildən 2 tona yaxın at əti aşkarlandı

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız qida məhsullarının satışının qarşısının alınması məqsədilə əməliyyat tədbiri keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini Xəyal Ziliyev idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və Xəyal Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə Samir İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.