logo

İsrailin prezidenti Azərbaycana rəsmi səfərə gəlib

10:30 30-05-2023 | icon 2135
İsrailin prezidenti Azərbaycana rəsmi səfərə gəlib

İsrailin prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.