logo

Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb

13:45 29-05-2023 | icon 644
Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb

Şirvan şəhərində mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxs Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun mağazaya qanunsuz daxil olaraq, orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisindəki 5694 manat məbləğində pulu gizli yolla taladığı müəyyən edilib. Daha sonra o, izi itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.