Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb
Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürüb.
YeniAvropa xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində qüvvələrini sınayacaqlar. İlk gün çəki dərəcələri üzrə kişilərin yarışında 87, qadınların mübarizəsində isə 59 idmançı olacaq.
Dünya çempionatının açılış günündə Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoyulub.
Çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, Bolqarıstan son anda istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra ikinci dəfə Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir
Azərbaycan nefti 100,11 dollara satılır
"Azercell" şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində
Moldovanın Avropa İttifaqına üzvlük planı ictimai müzakirəyə çıxarılıb
Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir
Bakıda növbəti “Baku Fintech-2023” forumu keçiriləcək
İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik
Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib-DTX
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib
Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq-İlham Əliyev
Rusiya sülhməramlılarının Qarabağda qalması məsələsini Bakı ilə müzakirə edəcək-Kreml
Bakıda Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən sərgi açılacaq
Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi
2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb-İlham Əliyev
“Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir
Ölkədə quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb
İlham Əliyev Zəngilanda Şəhərsalma Forumunda çıxış edib
Sabah Bakıda qısamüddətli yağış yağacaq.28° isti olacaq
Düşənbədə Azərbaycan və Tacikistan baş nazirlərinin görüşü olub
Qarabağda mülki obyektlərdə külli miqdarda silah-sursat aşkar edilib
Azərbaycan və Türkiyə nümayəndə heyətləri Naxçıvanda görüşüblər
Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib
Sahibə Qafarova Dublində fransalı həmkarı ilə görüşüb
Naxçıvanın elektroenergetika sistemi yenidən qurulacaq