NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə, o,"Twitter" hesabında məlumat paylaşıb.
X.Kolomina Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.
X.Kolomina həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb.