Yaxın vaxtlarda Ərdoğan-Putin-Rəisi-Əsəd görüşü gözlənilir
Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında mümkün görüş yaxın vaxtlarda baş tuta bilər.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın "CNN Türk" telekanalının efirində Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması planının hazırlanması məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyədəki seçkilərdən sonra suriyalı qaçqınların vətənlərinə qaytarılması hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.
“Dördtərəfli danışıqlar nəticəsində qaçqınların qaytarılması planı hazırlanacaq. İran və Rusiya mövqeyimizi bilir. Danışıqlar zamanı zəmanətlər müəyyənləşəcək. Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya elan etsə də, xalq ona inanmır”, - deyə İbrahim Kalın vurğulayıb. Türkiyə prezidentinin nümayəndəsi qeyd edib ki, yaxın vaxtlarda suriyalı qaçqınların geri qaytarılması qrafiki hazırlanacaq.
Qeyd edək ki, mayın 10-da Moskvada Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirləri Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı danışıqlar aparıb. Görüşdə qaçqınların könüllü və təhlükəsiz şəkildə geri qaytarılması yolları, həmçinin Suriya münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli müzakirə olunub. Tərəflər münasibətlərin normallaşdırılması prosesinin yol xəritəsini hazırlamaq üçün xüsusi komitə formalaşdırmaq barədə razılığa gəliblər.
Sabah Bakıda arabir yağış yağacaq,30° isti olacaq
Dünya çempionatı:Daha iki taekvondoçusumuz mübarizəni dayandırıb
“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələlərindəki rəqibləri kim olacaq?
Bakıda Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilir
Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb
Azərbaycan və İsrail prezidentlərinin təkbətək görüşü keçirilib
Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur
İsrail prezidentinin rəsmi qarşılanma mərasimi olub
Milli Məclisdə 28 məsələ müzakirəyə çıxarılıb
Bakıda II Xəzər Su İnnovasiya Forumu keçirilir
İsrailin prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bakıda kafedəki davada ər-arvad bıçaqlanıb
Dünya çempionatı:Daha iki taekvondoçumuz mübarizəyə başlayır
Ermənilər Qarabağdakı mövqelərimizi atəşə tutub
Rəsmi Bakı Ermənistanın qərəzli bəyanatını qətiyyətlə rədd edir
Media nümayəndələri Laçına səfər ediblər
Erməni separatçılarının Qarabağda mühəndis işləri aparmasının qarşısı alınıb-MN
İlham Əliyev Bakıda dünya çempionatının açılışında iştirak edib
Sabah Bakıda 33° isti olacaq,bölgələrdə leysan yağacaq
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb
İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Londondan Honkonqa uçan təyyarə Bakıda təcili eniş edib
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb